53 min ağacəkmə kampaniyası davam edir FOTO

53 min ağacəkmə kampaniyası davam edir FOTO

Bu günlərdə ölkə rəhbəri cənab İlham Əliyevin doğum günü münasibətilə 53 min ağacın əkilməsi barədə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən təşəbbüs mütəşəkkilliklə həyata keçirilir. SİA-nın məlumatına görə, gəncəlilər möhtərəm Prezidentə hörmət və ehtiramlarını bir daha bariz şəkildə nümayiş etdirirlər. Kütləvi şəkildə davam edən kampaniyada şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Hər gün Heydər Əliyev Park-Kompleksində, magistral yolların kənarlarında, Gəncə Hava Limanı istiqamətində, Nizami Məqbərəsi ətrafında Gəncənin simvolu olan çinarlar, Eldar şamı, sərv və digər ağaclar əkilir.

Qeyd edək ki, kampaniyanın başladığı gündən indiyə kimi 40 mindən çox ağac əkilib. Ağac əkilən ərazilərdə damcı-suvarma qurğuları quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə