“Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” FOTO - VİDEO
Şəmkirdə Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Avropa Şurasının birgə təşkilatçılığı ilə "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri" mövzusunda tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə 26 rayonun icra başçıları və 36 dairə seçki komissiyasının sədrləri iştirak ediblər. Məqsəd qarşıdan gələn seçkilərdə yerli icra hakimiyyəti orqanları tərəfindən şəffaf seçkilərin keçirilməsi üçün bütün lazımı şəraitlərin yaradılmasını təmin etmək olub.
Tədbirdə qeyd olunub ki, seçki günü səsvermənin gedişi və səslərin sayılması prosesində icra hakimiyyəti nümayəndələrinin hər hansı formada iştirakı qanunla qadağan edilir. Bundan başqa bildirilib ki, seçki məntəqələri seçki gününə qədər tam hazır vəziyyətdə olmalıdır. Əgər hər hansı bir problem varsa, bu əvvəlcədən MSK-ya bildirilməlidir. Ümumilikdə bu dəfə ki seçkiləri 50 mindən artıq yerli və xarici müşahidəçi izləyəcək.
Qeyd edək ki, tədbirin sonunda iştirakçılar tərəfindən seçkilərin təşkili ilə bağlı suallar səsləndirilib, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
.jpg)



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB