Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Veysəloğlu" Şirkətlər Qrupu ilə birgə reallaşdırdığı tələbələrarası "Ulduz" Məntiq Olimpiadasının bağlanış və olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, sabah reallaşacaq tədbirdə ATGTİ-nin sədri Şahin İsmayilov, "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin direktoru Vüsal Şərifov, "Veysəloğlu" Şirkətlər Qrupunun rəhbər nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
Xatırladırıq ki, tədbirdə "Ulduz" Məntiq Olimpiadasının nəticələri açıqlanacaq və ilk 3 yerin sahibi təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB