"Kütləvi informasiya vasitələri haqqında" Qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə, onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq. Qanuna edilən dəyişikliklə bağlı media rəhbərləri SİA-ya öz münasibətlərini bildiriblər.
"Paralel" qəzetinin Baş redaktoru Tapdıq Abbas: "Günü-gündən inkişaf edən bir ölkədə belə bir qanunun qəbul olunması beynəlxalq aləmdə Azərbaycanın adına xələl gətirə bilər. Ancaq Azərbaycanda fəaliyyət göstərən reket jurnalistikasını və anonim saytları nəzərə alaraq deyə bilərəm ki, informasiya məkanına yad ünsürlər daxil olur. Buna görə də beynəlxaq aləmdə bu qanuna ziddiyətli fikirlər yaransa belə, qərəzli informasiyaların yayılmasının qarşısını almaq üçün qanuna edilən bu dəyişikliyi uğurlu addım hesab etmək olar.
"Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev: "Əgər mən Milli Məslisdə təmsil olunsaydım çox böyük məmnuniyyətlə, uzun müzakirə etmədən, cəmiyyətin və medianın çoxdan gözlədiyi bu normaların qəbuluna səs verərdim. Uzun illərdir Mətbuat Şurasının Şikayətlər komissiyasının üzvü kimi etik normalara riayət etməyən və qanuna zidd hərəkət edən KİV orqanları ilə mən özüm şəxsən mübarizə aparmışam. Qanuna zidd hərəkət edən bəzi KİV orqanlarının adını qara siyahıya əlavə etsək də, həmin orqan öz qara əməllərindən əl çəkməyib. Bu hadisələrin önünə keçə bilmədiyimiz üçün ictimaiyyətdə bizlər də qınaq obyektinə çevrilirdik. "Kütləvi informasiya vasitələri haqqında" Qanuna edilən bu dəyişiklik çox əhəmiyyətli bir mövzudur. Cəmiyyətə yanlış informasiyaların yayılmasının qarşısına keçmək, bəzi saxtakar KİV orqanlarının yayımına xitam verilməsi ilə bağlı qanuna edilən bu dəyişiklik çox əhəmiyyətli, uğurlu bir addımdır və mən bunu dəstəkliyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB