Folklor İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
AMEA-nın Folklor İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. İnstitutdan bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov açaraq ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan elminin inkişafındakı xidmətlərindən və elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışıb.
Bildirilib ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra dahi rəhbər Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan edib. Ulu Öndər milli ideologiyanın milli dövlətçilik ənənələri və tarixi keçmişimizlə bağlı olmasını mühüm bir şərt kimi irəli sürüb. Ümummilli lider Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında 1997-ci il 20 aprel tarixli Fərmanı, onun təşəbbüsü ilə UNESCO səviyyəsində həmin eposa aid tədbirlərin təşkil edilməsi müstəqil dövlətimizin ilk nəhəng elmi-mədəni tədbirlərindən biri kimi Azərbaycan folklorşünaslığının inkişafında mühüm əhəmiyyət daşıyıb.
Tədbirdə Ulu Öndərin fəaliyyəti sayəsində görkəmli açıqların yubileylərinin dövlət səviyyəsində keçirilməsindən, filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil tərəfindən ümummilli lider Heydər Əliyev ilə bağlı hazırlanan "Xalqın səsi – haqqın səsi" adlı kitabının məziyyətlərindən və dahi rəhbərin elm və mədəniyyət sahəsində gördüyü böyük işlərdən danışılıb.
Tədbirdə "Heydər Əliyevin gənclər siyasəti" mövzusunda məruzə dinlənilib. Bir daha qeyd edilib ki, Ulu Öndərin irəli sürdüyü ideyalar elmin və mədəniyyətin inkişafına əsaslı təsirini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB