Bələdiyyələrin iş mexanizmlərində beynəlxalq təcrübənin yenilikləri tətbiq olunur
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasının davamı olaraq dünən partiya tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin görüşünü keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin məsul əməkdaşı Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Nəriman Əliyev, YAP Mərkəzi Aparatın məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
Tədbiri açıq elan edən Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev görülən işlər barədə məlumat verərək bildirib ki, rayonda fəaliyyət göstərən 30 bələdiyyəyə 260 nəfər namizəd irəli sürülərək lazımi sənədləri 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına təqdim edilib: "Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli nümayəndələr tərəfindən görülüb. Qeyd olunmuş namizədlərin imzatoplama işləri başa çatdırılıb. Seçki günü Yardımlı rayonunda olan 68 məntəqə seçki komissiyalarında müşahidə aparılması üçün YAP tərəfindən 68 nəfər müşahidəçi, 68 nəfər məşvərətçi səs hüquqlu üzvlər müəyyən edilərək siyahı mərkəzi qərargaha göndərilib. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qrupları yaradılaraq onlara treninqlər keçirilib. Hal-hazırda Yardımlı rayonunda 30 bələdiyyə fəaliyyət göstərir. Rayon təşkilatında 17 nəfərdən ibarət seçki qərargahı yaradılıb və qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Hazırda qərargahlar onlar üçün yaradılan fəaliyyət proqramına uyğun olaraq işlərini görməkdədir. Bundan başqa qərargahların yığıncaqları keçirilib, bələdiyyə seçkilərinin daha da mütəşəkkil keçirilməsi üçün müvafiq qərarlar qəbul edilib. Təbliğat kampaniyası uğurla davam etdirilir".
YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin məsul əməkdaşı Kərim Kərimov çıxış edərək əvvəlki illərdə keçirilən bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qadınlara və müasir texnologiyalardan istifadə etməyi bacaran, bilikli, savadlı gənclərə daha çox üstünlük verdiyini bildirib. Qeyd edib ki, bununla da YAP özünün ümumxalq partiyası olduğunu bir daha sübut edərək, gənc kadrların potensialından faydalanmağı qarşısına məqsəd qoyduğunu görülən işlərlə sübut edir.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, vətənini, xalqını sevən, ona ləyaqətlə xidmət edən hər bir Azərbaycan vətəndaşına məlumdur ki, son 10 ildə ölkəmizdə aparılan islahatlar, regionların sosial – iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramlarının uğurlu icrası, sürətli sosial-iqtisadi inkişaf, genişmiqyaslı və çoxsaylı sosialyönümlü layihələrin tətbiqi, əhalinin rifahının yüksəldilməsi naminə atılan müsbət addımlar Azərbaycanı güclü və qüdrətli respublikaya çevirib: "Ötən illər ərzində bütün sahələrdə olduğu kimi, o cümlədən vətəndaşlarla dövlət arasında vasitə və körpü rolunu oynayan bələdiyyələrlə iş sahəsində mühüm islahatlar aparılıb, dünya təcrübəsində bu istiqamətdə özünü təsdiqləyən yeniliklərin tətbiqinə başlanılıb. Yerli özünüidarəetmə qurumu yarandığı dövrdən ötən illər ərzində ölkənin inkişafında, cəmiyyətdə sosial əhəmiyyətli məsələlərin həllində layiq olduğu yeri tutmaq üçün səy göstərib, müəyyən inkişaf yolu keçib, təcrübə toplayıb. Bu inkişafı daha da artırmaq, daha da güclü olmaq üçün sizləri 23 dekabrda YAP namizədlərinə səs verməyə çağırıram".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Nəriman Əliyev ölkəmizin daha da inkişafı, xalqımızın rifahı naminə həyata keçirilən böyük layihələrin aparıcı, təkanverici siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də ictimaiyyət arasında nüfuzlu, layiqli namizdədlərini irəli sürərək qələbə ruhunu, liderlik qətiyyətini bir daha nümayiş etdirdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB