"Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək" İctimai Birliyinin cədri və 44 üzvü adından SİA-nın email poçtuna etiraz bəyanatı daxil olub. Bəyanat Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlıdər.
BƏYANAT
Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk.
Avropa parlamentinin prezidenti Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət əvəzinə ölkəmiz haqqında həqiqətə uyğun olmayan böhtan xarakterli fikirləri ilə diqqəti çəkir.
Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir.
M.Şults vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə edərək, Azərbaycanda insan haqlarına guya əməl edilməməsi təəssüratı yaradaraq Avropa parlamentinin obyektivliyinə kölgə salır. Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.
Cənab Şults 25 il təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarından, doğma yurd yuvalarından qovulmuş, Ermənistandan deportasiya edilmiş yüz minlərlə azərbaycanlının hüquqlarından danışmayaraq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə verərək Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmağa çalışır.
Biz, Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB