Soyuq havalar Qazax və Ağstafa rayonlarındakı çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinlər üçün əmməli-başlı problem yaradıb. Söhbət sözügedən mənzillərin istilik problemindən gedir. Qeyd edək ki, Qazax şəhərində 84 çoxmərtəbəli yaşayış binası var ki, onları istiliklə təmin edən qazanxanaların heç biri işləmir.
Sakinlərin sözlərinə görə, keçmiş sovetlər dönəmindən bu yana binalara istiliyin verilməsi dayandırılıb. Qazax və Ağstafa rayonları üzrə Azərbaycan Respublikası Azəristiliktəchizat ASC-nin Ağstafa istiliktəchizat idarəsinin qapıları isə daimi olaraq bağlı olur.
Sakinlər əlacsız olaraq mənzillərinin qızdırılması üçün elektrik enerjisindən istifadə edirlər. Bu isə öz növbəsində rayonun elektrik şəbəkəsində müəyyən problemlər yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB