Bununlada rayonun 55 kəndi və şəhərin qazlaşdırılması başa çatıb.Yeni ildə isə daha 13 kəndin qazlaşdırılması nəzərdə tutulub. Lənkəran rayonun Səbir kəndinə uzun fasilədən sonra təbii qazın verilişi bərpa edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə kənddə təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimlərində çıxış edən kənd sakinləri soyuq Dekabr ayında təbii qazın verilişini əlamətdar hadisə kimi qiymətləndiriblər. Qeyd olunub ki, 21 ildir evlərin isidilməsində odundan istifadə edilib. Bu da meşələrin qırılmasıyla yanaşı, qış aylarında bir sıra çətinliklər yaradırdı.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov kənd sakinlərini təbrik edərək onlara ən səmimi və xoş arzularını çatdırıb. Azəriqaz İstehsalat Birliyinin rəsmiləri ölkəmizdə qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı işlərdən söz açaraq bu münasibətilə kənd sakinlərini təbrik ediblər.
Qeyd edək ki, 103 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4112 metr müxtəlif diametrli metal, ümumi uzunluğu 1004 m polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib. Həmçinin 103 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bununla da Lənkəran şəhəri daxil olmaqla, rayonun 55 kəndi mavi yanacaqla təmin edilib. Rayon üzrə ümumi abonentlərin sayı 36995-ə çatıb. 2015-ci ildə isə daha 13 kəndin qazlaşdırılması nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB