Əlilliyi olan gənclər üçün görüş təşkil edilib FOTO

Əlilliyi olan gənclər üçün görüş təşkil edilib FOTO

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşəbbüsü və təşkilatçılığı, Əlil Qadınlar Cəmiyyəti Gəncə Bölməsi, "Pendik" Elitar Uşaq İnkişaf Mərkəzinin texniki dəstəyi ilə Gəncə şəhərində Beynəlxalq Əlillər günü münasibətilə "Sevgimizi Paylaşaq" adlı Əlilliyi olan gənclər üçün görüş təşkil edilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, görüşdə Gəncə şəhəri və Samux rayonundan 30 nəfər əlilliyi olan, ümumilikdə 45 nəfər iştirak edib.

Tədbirdə Gəncə şəhərində yaşayan əlilliyi olan gənclər Powerlifting üzrə 2 ci Azərbaycan Çempionatında 1-ci yer tutmuş Nurlan və Əli Babacanov qardaçları da dəvət olunub və fəxri fərmanla mükafatlandırılıblar.

Tədbirdə "Mübarək "Rəqs Qrupunun rəqsləri, Gənc reperlərin ifaları əlilliyi olan gənclərə xoş ovqat bəxş edib. Bir nəfər əlilliyi olan gənc xanımın ad günü də bu tədbirdə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə