Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı" ("BakuTel 2014") çərçivəsində "Elektron dövlət quruculuğu problemləri" I Respublika elmi –praktiki konfransı keçirilib. SİA-nın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçıları olduğu konfransda AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse- prezidenti, akademik İbrahim Quliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, digər rəsmi şəxslər, idarəetmə və İKT sahəsinin alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları salamlayaraq, elektron dövlət quruculuğu problemlərinə həsr olunan bu konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.
Konfransın plenar iclasında rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "Azərbaycanda elektron hökümət quruculuğu: əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib. 2003-cü ildə Ümumilli Lider Heydər Əliyev tərəfindən təstiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiyası" (2003- 2012) ilə ölkəmizdə e-hökümətin bünövrəsinin qoyulduğunu diqqətə çatdırıb.
Təhsil naziri Mikayıl Cabbarov isə, Azərbaycanda e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda həyata keçirilən işlər, e-xidmətlərin təşkili vəziyyəti haqqında danışıb. O, bildirib ki, ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşür. M. Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu istiqamətdə görüləcək işlər haqqında məlumat verib.
Daha sonra isə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Elektron elm: cari vəziyyəti, problemləri və perspektivləri" mövzusunda məruzəsini təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB