Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, axşam bəzi yerlədə duman olacaq. Mülayim cənub küləyi axşamı arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Respublikanın şimal və şərq rayonlarında hava yağıntılı olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB