Bahar Muradova: "Milli Məclis vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda maraqlıdır"
"HİV kimi təhlükəli xəstəliyə qarşı mübarizə istər dünyada, istərsə də Azərbaycanda cəmiyyətlə birgə aparılmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilən "İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr zamanı vitse-spiker Bahar Muradova deyib.
Onun sözlərinə görə, "HİV haqqında" sözügedən qanun dünyada model qanun kimi qəbul olunub: "Azərbaycan bır sıra sahələrdə, məsələlərdə dünyaya nümunə olduğu kimi, bu məsələdə də dünyaya nümunə kimi çıxış edir. Hesab edirəm ki, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə "HİV haqqında" qanunun monitorinqinə həsr olunmuş ictimai dinləmələr parlamentin qanunyaradıcılığı prosesinə və bütövlükdə HİV-lə mübarizəyə öz müsbət töhfəsini verəcək".
B.Muradova deyib ki, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti institutuları ilə parlamentin çox əməkdaşlığı mövcuddur: "Bu hər iki tərəfə müsbət təsir göstərir. Bugünkü ictimai dinləmələri də vətəndaş cəmiyyəti instututları ilə əməkdaşlıq yönünda növbəti uğurlu addım hesab etmək olar. Onu da deyim ki, nəinki Sosial siyasət komitəsi, eləcə də digər komitələrin iştirakı və təşəbbüsü ilə tez-tez belə ictimai dinləmələr təşkili olunur ki, bunun da bütün tərəflər üçün böyük faydası var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB