Fevraldan antenalar yığışdırılır

Fevraldan antenalar yığışdırılır

Azərbaycanda analoq TV yayımı 2015-ci ilin fevralın sonunadək dayandırılacaq. Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov "BakuTel-2014" telekommunikasiya sərgisi çərçivəsində keçirilən "e-Gov3.0" konfransında deyib.

Onun sözlərinə görə, təyin edilmiş müddətdən sonra kontentin yayımı istisnasız olaraq rəqəmli standartda həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə