19 yaşlı gəncin müəmmalı ölümü

19 yaşlı gəncin müəmmalı ölümü

Həyat yoldaşı ilə restoranda çay içərkən qəfildən ölüb. Hadisə Hacıqabulda baş verib. 19 yaşlı gəncin belə ölümü yaxınlarının "zəhərlənərək öldürülüb" iddiasına səbəb olub.

Restoranda müammalı ölüm.Şirvan sakini Mürsəl Musayev Bakı-Qazax magistralının Hacıqabul ərazisindəki bir restoranda keçinib.Yaxınları ölümü oğlanın həyat yoldaşı ilə əlaqələndirirlər. Mürsəl Musayev evləndikdən sonra qaynanası Şirvanda onlarla bir yerdə qalırmış. Onun ailəsində söz söhbət elə o vaxtlardan başlayıb. Musiqiçi olan Mürsəl gecə evə gələndə yoldaşından yaxşı münasibət görməyib.

Yoldaşının telefonla çox məşğul olması da mübahisənin böyüməsinə səbəb olub.

Bu mübahisələrdən sonra onlar ayrılıblar.Qaynanası qızını da alıb Kürdəmirə qayıdıb.Oğlan isə Bakıda atasının yanında qalıb.Ər arvad zəngləşib görüşmək qərarına gəliblər. Bu səbəbdən Mürsəl Kürdəmirdən yoldaşını götürüb Bakıya qayıdarkən çay içmək üçün Hacıqabulda dayanıblar. Bu zaman Mürsəl Musayev qəfildən ölüb.

Hacıqabul rayon prokurorluğundan bildirilib ki, Mürsəl Musayevin meyitinin müayinəsi zamanı ekspertiza nümunələri götürülüb və Bakı Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə göndərilib.Yalnız ekspertizanın rəyindən sonra onun hansı şəraitdə öldüyü müəyyən ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə