Azərbaycanda yeni qurğu ixtira edilib FOTO

Azərbaycanda yeni qurğu ixtira edilib FOTO

Azərbaycan Texnologiya Universitetində yeni qurğu ixtira olunub. 6 ay müddətinə hazırlanan cihaz artıq patentləşdirilib və ilkin olaraq müsbət rəy alıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, cihazı universitetin rektoru Akif Süleymanov və ali təhsil müəssisəsinin Standartlaşdırma və meteorologiya kafedrasının müdiri Şahlar Babayev hazırlayıb. Yeni ixtira olunan bu qurğu qapalı şəraitdə olan dəm qazını və digər yanmamış qazları təbii yolla atmosferin yuxarı qatlarına ataraq zərərsizləşdirir.

"Bu qurğu tüstü borulara yerləşdirilir. Küləyin enerjisindən istifadə edərək qurğu fırlanır və seyrləkmə yaradır, bunun da müqabilində dəm qazı və digər qazlar atmosferə atılır"- deyə, Şahlar Babayev bildirib.

Artıq qurğu patentləşdirilib və cihazın geniş tətbiqi ilə bağlı Fövqəladə Hallar Nazirliyi, eləcə də digər aidiyatı qurumlar məlumatlandırılıb. Bu qurğudan gələcəkdə kütləvi şəkildə istehsal olunacaq.

Qeyd edək ki, ekspertlər bildirib ki, bu vaxta qədər qapalı halda heç bir enerji sərf etmədən dəm qazı və digər yanmamış qazların təbii yolla zərərsizləşdirilməsini təmin etmək üçün bundan yaxşı cihaz hazırlanmayıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə