Sabah hava necə olacaq? PROQNOZ

Dekabrın 4-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir tutulacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0 dərəcəyə yaxın və gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman proqnozlaşdırılır.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 5 dərəcə şaxta olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə