1-3 dekabr 2014-cü il tarixlərində Tibilisi şəhərində keçirilən "Xüsusi riskə məruz qalan işin təşkilatı uğurlu təcrübələr üzrə BMT uşaq fondu və Avropa Birliyi" tərəfdaşların iclasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ( ARGTMŞ) nümayəndəsi iştirak edib. SİA-nın məlumatına görə, tədbirdə ARGTMŞ tərəfindən Avropa Qonşuluq və Əməkdaşlıq ölkələrində HİV-AİDS-in profilaktikası, müalicəsi və qayğı göstərilməsi ilə bağlı qeyri-hökümət təşkilatlarının bilik və bacarıqlarının artırılması adlı layihənin ekspert hüquqşunası Ramin İskəndərov təmsil olunub.
Tədbirdə Ramin İskəndərov ölkə və region səviyyəsində QHT-lər, dövlət qurumları ilə əməkdaşlıq və əlaqələndirmənin gücləndirilməsinə yönəlmiş fəaliyyətlər, regional sahiblik strategiyasının yaradılmasını və HİV/ AIDS-in profilaktikası, müalicəsi və qayğı xidmətləri sahəsində təcrübələrini bölüşüb. Eyni zamanda o, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının qanunu üzrə və bu sahədə olan digər qanunlar araşdırmasl nəticəsində ortaya çıxmış təklif paketini təqdim edib.
Məlumat üçün qeyd edəki ki, adı çəkilən qanunu üzrə 24 dekabr 2013-cü il tarixində Azərbaycanda dövlət qurumların və milli vəkillərin iştirakı ilə ictimai müzakirələr keçirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB