Xəbər verildiyi kimi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətindən bildiriblər ki, monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olublar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonaqlara geniş məlumat verib. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan silahlı qüvvələri nəinki Xocavənd rayonunu və Qarabağın dağlıq hissəsini, eləcə də ətraf rayonları da işğal ediblər. Hərbi təcavüz nəticəsində azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilib. Təkcə Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı nəticəsində 118 sakin əsir götürülüb, 77 nəfər qətlə yetirilib. Hazırda rayon əhalisi məcburi köçkün kimi Azərbaycanın 36 rayonunda məskunlaşıblar.
E. Hüseynov təəssüflə bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Başqa dövlətin ərazisinə müdaxilə edən, torpaqlarını işğal edən Ermənistana qarşı ciddi tədbirlər görülməməsi haqlı olaraq Azərbaycanda beynəlxalq qurumlara inamsızlıq yaradır.
Görüşdə, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulmasından da danışılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB