Sinoptiklər xəbərdarlıq etdi

Azərbaycan sinoptikləri havanın pisləşəcəyinə dair xəbərdarlıq etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 2-3-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit, soyuq keçəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı, dekabrın 3-də respublikanın bəzi rayonlarında sulu qara keçəcəyi gözlənilir.

Dekabrın 2-3-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə