Nobel prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsində (şəhər istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb. SİA-nın xəbərinə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə alternativ olaraq Ramiz Quliyev küçəsindən istifadə etməklə Babək prospekti ilə hərəkət etməyi tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB