Avropa Tələbələr Birliyinin İdarə Heyətinin 67-ci iclası keçirilir YENİLƏNƏCƏK-FOTO

Avropa Tələbələr Birliyinin İdarə Heyətinin 67-ci iclası keçirilir YENİLƏNƏCƏK-FOTO

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşkilatçılığı ilə Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclası keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, həmçinin bir sıra digər dövlət rəsmiləri, QHT nümayəndələri iştirakı edir. 67-ci iclasın ümumi gedişatında ölkəmizdə artıq formalaşmış tələbə hərəkatının gələcək inkişafı, tələbə haqqları, tələbələrin mobilliyi və s. bu kimi mövzular müzakirə olunacaq, səsvermə yolu ilə bu və ya digər qərarlar qəbul olunacaq.

Qeyd edək ki, tədbirdə iclasın gündəliyi açıqlanıb, Azərbaycan gənclər və təhsil siyasəti, tələbə QHT-lərinin fəaliyyəti haqqında avropalı qonaqlara məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə