Sürücülərə şad xəbər! bu yol açıldı

Sürücülərə şad xəbər! bu yol açıldı

Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatıb. Bu barədə SİA-ya məlumat verən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev söyləyib ki, yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.

"Hazırda prospektin müəyyən hissələrində son xətləmə və yol nişanlarının qoyulması üzrə işlər aparılır. Bu işlər də yaxın 10-15 gün ərzində tamamlanacaq"- deyə, mətbuat katibi qeyd edib.

Qeyd edək ki, Ziya Bünyadov prospektində təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılıb. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10-dur (5 gediş, 5 gəliş).

Bütün xəbərlər Facebook səhifəmizdə