Sinoptiklərdən xəbər var! qar yağacaq

Sinoptiklərdən xəbər var! qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən SİA-ya daxil olan xəbərdarlıqda bildirilir ki, dekabrın 2-3-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit, soyuq keçəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı, dekabrın 3-də respublikanın bəzi rayonlarında sulu qara keçəcəyi gözlənilir.

Dekabrın 2-3-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə