Xəzər dənizində 3 zəlzələ baş verib

Xəzər dənizində 3 zəlzələ baş verib

Bu gün Xəzər dənizində üç zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, birinci zəlzələ saat 15:25-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 30 km olub.

Növbəti zəlzələ 15:30-da baş verib. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 34 km olub.

Üçüncü zəlzələ isə 15:40-da qeydə alınıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 34 km olub.

Hər üç zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə