Qərb bölgəsində HİV-ə yoluxanların sayı artıb

Qərb bölgəsində HİV-ə yoluxanların sayı artıb

Ölkənin qərb bölgəsində QİÇS xəstəliyinin törədicisi olan HİV-ə yoluxanların sayı 100-dən artıqdır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, son illərlə müqayisədə ölkənin qərb bölgəsində virus daşıyıcılarının sayında artım var. Bu rəqəm rəsmi qeydiyyata götürülənlərin sayına əsasən açıqlanıb. Qeyri-rəsmi isə bu sayın artıq olduğu bildirilir. HİV-ə yoluxanların həkimə müraciət etməkdə tərəddüd etməsi virusun QİÇS-ə keçməsinə və yayılmasına şərait yaradır. Yoluxdurucu kimi isə əsasən Rusiyaya mütəmadi gedib-gələn soydaşlarımız hesab edilir.

Qeyd edək ki, regional laboratoriyadan verilən məlumata görə, qərb bölgəsində QİÇS-lə bağlı ən çox müraciət Şəmkirdən daxil olur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə