Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə sahələrinin artırılması istiqamətində bu il üçün nəzərdə tutulan tədbirlərin əksər hissəsi yerinə yetirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, son bir il ərzində Gədəbəy meşələrinin 90 hektar sahəsində yeni əkin işlərinin aparılması planlaşdırılıb ki, bu işlərin də artıq əksər hissəsi yerinə yetirilib. Meşə sahələrinin artırılması ilə yanaşı, bu ərazilərin mühafizəsi də diqqət mərkəzindədir. Cari ilin müvafiq dövrü ərzində meşə qanunvericiliyini pozan 8 şəxs barəsində protokollar tərtib edilib. Üstəlik bu gün üçün meşələrin qorunması istiqamətində ən başlıca vasitələrdən biri olan ərazilərin çəpərlənməsi işləri də həyata keçirilib.
Qeyd edək ki, ümumilikdə 27 min 180 hektar sahədə meşə zolağı var ki, burada da əsasən palıd, fıstıq, vələs, şam ağacları, meyvə ağacları və gül kolları da var.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB