Azərbaycanda mətbuat-cəmiyyət münasibətləri ən yüksək səviyyədədir

Aydın Quliyev: “Mətbuat-cəmiyyət münasibətləri sağlam əsaslar üzərində qurulub”
Azərbaycanda mətbuat-cəmiyyət münasibətləri ən yüksək səviyyədədir

"Artıq çoxdandır ki, mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətləri qarşılıqlı faydalı, bir-birinin maraqlarına uyğun şəkildə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev bildirib.

Onun sözlərinə görə mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətləri öz mənafelərinə dəstək və xüsusuilə də dövlətin, medianın həm bugünkü, həm də sabahkı inkişaf yollarında meydana çıxa biləcək problemlərin aradan qaldırılması istiqamətində işlək mexanizmlərin tətbiqi formasındadır: "Bu münasibətlər gələcəyə doğru ümidverici bir müstəvidədir və işlək mexanizmlərin əsasında tənzimlənir. Ümumilikdə mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sağlam əsaslarda qurulduğunu söyləmək mümkündür".

"Paralel" qəzetinin Baş redaktoru Tapdıq Abbas isə mövzuyla əlaqədar olaraq SİA-ya açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan cəmiyyətində tam stabillik formalaşıb və əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə mətbuatla cəmiyyət arasında isti münasibətlər, əlaqələr yaranıb: "Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan mətbuatının həm təminatı, həm də cəmiyyətə münasibəti müsbət mənada yenilənib. Ona görə də, bugünkü dövrdə reket jurnalistikasını istisna hal kimi qəbul edib tam əminliklə deyə bilərik ki, mətbuatla cəmiyyət, mətbuatla dövlət arasındakı münasibətlər yüksək keyfiyyətli formada stabil olaraq inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə