Horadiz qəsəbəsində bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib FOTOLAR

Horadiz qəsəbəsində bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib FOTOLAR

Bu gün Füzuli rayonu Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə rayon sakinlərinin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə 250 nəfər iştirak edib.

Tədbirdə Milli Məclisin deputatı, professor Astan Şahverdiyev, "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və YAP İcra Katibliyinin bölgə kuratoru Ramil Mirzəyev iştirak edib.

Görüşü YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova açaraq bildirib ki, Füzuli rayonunun işğaldan azad olunmuş hissələrində 21 bələdiyyə üzrə 43 məntəqə üzrə seçkilər keçiriləcək. YAP tərəfindən 115 nəfərin namizədliyi irəli sürülüb. Bunlardan 41 nəfəri qadın, 61 nəfəri isə gənclərdir.

Qonaqlardan çıxış edən Astan Şahverdiyev ölkəmizin dünya arenasındakı yeri, partiyamızın yarandığı şərait, gender bərabərliyi, dövlətimizin mənafeyinin qorunması haqqında məlumat verib: "YAP regionun ən böyük partiyasıdır və sizi bu seçkilərdə partiyamız tərəfindən namizədliyi irəli sürülmüş üzvlərimizi dəstəkləməyə çağırıram".

Daha sonar çıxış edən Bəhruz Quliyev seçkilərdə partiyamız tərəfindən namizədliyi irəli sürülən vətəndaşlar arasında gənclərin, qadınların çoxluğunun əvvəlki seçkilərə nisbətən daha çox diqqət cəlb etdiyini bildirib: "Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda çox böyük, fundamental işlər görülür, layihələr həyata keçirilir. Prezidentimizin sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclər siyasəti isə region ölkələrində bir nümunə olaraq təqdim olunur. Seçkilərdə qadınların sayının çox olması isə gender siyasətinin uğurla həyata keçirilməsi deməkdir. Bütün bunlar isə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafından xəbər verir".

Daha sonar namizədliyi irəli sürülmüş Vəfa Süleymanova, Hikmət Əliyev çıxış edərək bu ehtimadı doğruldacaqlarına və bunu öz işləri, əməlləri ilə sübut edəcəklərinə söz veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə