Xəzər dənizində hərbi təlimlər keçiriləcək

Xəzər dənizində hərbi təlimlər keçiriləcək

2015-ci ildə Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, üçtərəfli təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.

Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.

Rusiya Cənib-Şərq Dairəsindən bildiriblər ki, Rusiya tərəfindən təlimlərdə "Buyan" və "Buyan-M" kiçik raket gəmiləri iştirak edəcəklər. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.

Qeyd edək ki, "Buyan" və "Buyan-M" gəmiləri ilk dəfə beynəlxalq təlimlərdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə