“Bakı Gənclər Debat Forumu – Payız 2014”

“Bakı Gənclər Debat Forumu – Payız 2014”

DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə "Sığortalı Gənclik" layihəsi çərçivəsində həyata keçiriləcək "Bakı Gənclər Debat Forumu - Payız 2014"ün iştirakçıları üçün "Sığortanın Əsasları" mövzusunda keçirilən silsilə təlimin növbəti günü başa çatıb. SİA-nın məlumatına görə, layihə çərçivəsində Bakı şəhərinin 9 ali təhsil müəssisəsindən 122 nəfər gəncin iştiraki ilə əhatə keçirilən təlim "Gənclər Evi"ndə keçirilib.

Təlimin məqsədi "Bakı Gənclər Debat Forumu – Payız 2014" – də iştirak edəcək natiqlərin sığorta sahəsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.

Təlim zamanı təcrübəli ekspertlər tərəfindən təlim iştirakçısı olan gənc natiqlərə sığortanın əsasları haqqında ümumi biliklər verilib, mövzu ilə əlaqədar video çarx nümayiş olunub, gənclərin sığorta ilə bağlı sualları cavablandırılıb və sığorta sahəsi üzrə nəzəri biliklərini artırılmasını təmin edən Sığorta Bələdçisi adlı jurnal gənclərə təqdim olunub.

"Bakı Gənclər Debat Forumu – Payız 2014" çərçivəsində həyata keçirilən "Sığortanın Əsasları" mövzusunda təlimin növbəti günü 6 dekabr 2014 cü il tarixi saat 09:30 – dur. Təlimdə iştirak etmək üçün natiqlərin aşağıdakı ünvanda qeydiyyatdan keçmələri kifayətdir.

https://docs.google.com/forms/d/1aoCQVxtb0f3JQHcEl1AKLHd9RrdY5uvSm9GytrcMRUw/closedform

Xatırladaq ki, "Sığortalı Gənclik" layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC ("Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi"), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən təlimlər ümumilikdə Bakı şəhərinin 15 ali təhsil müəssisəsindən 1000 nəfər gənci əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə