"Tələbə kuboku" adlı velosiped yarışı sona çatıb

"Tələbə kuboku" adlı velosiped yarışı sona çatıb

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğ olunması məqsədi ilə 29 noyabr 2014-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) ilə birgə ADPU tələbələri arasında "Tələbə kuboku" velosiped yarışı keçirib. SİA-nın məlumatına görə, 16 komandanın iştirak etdiyi yarışın finalına 4 komandan vəsiqə qazanıb. Yekunda ADPU-nun Kimya fakültəsinin komandası finiş xəttini birinci keçməklə "Tələbə kuboku"nun sahibi olub. 2-ci yeri Tarix fakültəsi, 3-cü yeri isə Coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin komandası tutub.

Qeyd edirik ki, ilk üçlüyün qalibləri AzVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 AZN pul mükafatı, kubok, medal və diplomlarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə