Bakının Heydər Əliyev prospektində tıxac müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Böyükşor yol qovşağından Ziya Bünyadov prospektinə girişin təmir işləri ilə əlaqədar bağlı olması səbəbindən Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Qeyd olunan ərazidə işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə (2 gün ərzində) yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.
Sürücülərə bu istiqamətdə mümkün qədər az hərəkət etmələri və alternativ olaraq Babək və Nobel prospektlərindən istifadə etmələri tövsiyə olunur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB