Akif Təvəkküloğlu 52 yaşına çatdı

Akif Təvəkküloğlu 52 yaşına çatdı

Bu gün Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun doğum günüdür. SİA-nın məlumatına görə, Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib.

Əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istedadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib.

2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Biz də "SƏS" Media Qrup adından Akif Təvəkküloğlunu doğum günü münasibəti ilə təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə