Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Görkəmli mütəfəkkir və ictimai xadim Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. AMİ-dən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq 220 illiyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından irəli gələn tədbirlər planına uyğun görülən işlərdən danışıb. Abbasqulu Ağa Bakıxanovun tarix elminə və ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə gənclər arasında yaydığı maarifçilik ideyalarının əhəmiyyəti vurğulanıb. Rektor prof. A.H.Naxçıvanlı bildirib ki, Abbasqulu ağa Bakıxanov ensiklopedik biliyə, geniş dünyagörüşə malik olmaqla yanaşı, yurdunu, xalqını, dilini sevən bir vətənpərvər idi.
Təbirdə ədibin həyat və fəaliyyəti ilə əlaqədar olaraq institutun bir neçə kafedrasının professor-müəllim heyəti tərəfindən "Abbasqulu ağa Bakıxanovun mənzum əsərləri", "Abbasqulu ağa Bakıxanovun varlıq nəzəriyyəsi", "Abbasqulu ağa Bakıxanovun lirikası", "Abbasqulu ağa Bakıxanovun bədii irsinin təlim-tərbiyədə rolu", "Abbasqulu ağa Bakıxanovun psixoloji görüşləri", "Abbasqulu ağa Bakıxanovun əsərlərinin gənc nəslin tərbiyəsində rolu" mövzularında çıxışlar olub. Daha sonra Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin III tələbələri Aydan Xəlilzadə, Tural Səbzalıyev, I kurs tələbəsi Günel Yaqubova "Hüsnündə eşqin zühuru", "Xeyir işin faydası" adlı şeirlərini səsləndiriblər.
Tədbirin müddətində Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığını əks etdirən slayd təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB