Jurnalistlər üçün biznes təlimi keçirilir

Jurnalistlər üçün biznes təlimi keçirilir

"British Counsil" və "PAŞA Bank"ın birgə təşkilatçılığı ilə "Biznes Jurnalistika Layihəsi" çərçivəsində təlimlərə başlanılıb. SİA-nın məlumatına görə, təlimin məqsədi ölkədə ədalətli və peşəkar xəbərlər hazırlayan gənc aparıcı jurnalistlərin yetişdirilməsinə dəstək göstərmək və Azərbaycanda biznes mövzularını əhatə edən jurnalistika standartlarının inkişafına yardım etməkdir.

Təlim zamanı jurnalistlər xüsusi hazırlanmış biznes jurnalistikası kursu keçir. Yekunda seçilmiş iştirakçılar Birləşmiş Krallıqdan olan aparıcı media müəssisələrinə mübadilə səfəri edəcək, bir sıra görkəmli jurnalistlərlə görüşəcəklər.

Qeyd edək ki, layihə 2011-ci ildən həyata keçirilir və artıq 4-cü qrup üçün təlim sessiyasına start verilib. Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalistini layihədə iştirak üçün seçib. Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın "Thomson Fondu" ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə