Paytaxtda daha bir yol istifadəyə verilib. SİA-nın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Moskva prospektində (20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə) aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd edək ki, bir müddət öncə 20 Yanvar dairəsində aparılan təmir işləri ilə əlaqədar olaraq dairəyə giriş müvəqqəti bağlanmışdı.
Bir necə gün öncə Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ziya Bünyadov prospekti istiqamətində Kənar yolda təmir başalayıb. Bu yol da təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı. Sürücülərə alternativ olaraq Rövşən Cəfərov və Cavadxan küçələrindən istifadə etmələri tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB