Azərbaycan Türksoylu gənc yazarlara ev sahibliyi edir

Azərbaycan Türksoylu gənc yazarlara ev sahibliyi edir

Bu gün Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Türk dünyasında fəaliyyət göstərən ədəbi birliklərin məsləhətləşmə mühitinin yaradılması" layihəsi çərçivəsində görüşü baş tutub. SİA-nın məlumatına görə, layihə çərçivəsində ATİB-də konfransın açılışı olub. Türkiyə, Özbəkistan, Tatarıstan, Qazaxıstan, Çuvaşiya, Qaqauziya, İraq (Kərkük), Rusiya Federasiyasının gənc yazarları da iştirak edib. Layihənin həyata keçirilməsində əsas məqsəd, Türk dünyası gənc yazarlarının təmsil olunduğu ədəbi dərnəklər arasında əlaqələrin gücləndirilməsidir. Səfər çərçivəsində gənc yazar Şəmil Sadiqlə də görüş olub.

Bütün xəbərlər Facebook səhifəmizdə