Paytaxtın Səbail rayonu ərazisində tikilən Su İdmanı Sarayında inşaat işləri sürətlə davam etdirilir. Tikinti Koreya Respublikasının "Securo CO.LTD" şirkətinin layihəsi əsasında aparılır. Beynəlxalq standartlara cavab verəcək idman sarayı 6 min tamaşaçı tutumuna malik olacaq.
Rayon icra hakimiyyətindən bildiriblər ki, layihəyə əsasən ümumi sahəsi 46 min kvadratmetr təşkil edən sarayda 3 üzgüçülük hovuzu, fitnes zalları, restoran, konfrans zalı və ofislərin inşası nəzərdə tutulur. Burada, həmçinin 500 avtomobil tutumu olan yerüstü dayanacaq da yaradılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə












USD
EUR
GBP
RUB