Bakı Slavyan Universitetinin (BSU) ikinci tədris korpusunun ərazisində yaşıllığın artırılması məqsədilə "Tələbə Ekologiya klubu"nun) təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə "Hərəmiz bir ağac əkək!" devizi altında ağacəkmə aksiyası keçirilib.
BSU-nun mətbuat xidmətindən azərtac-a bildirilib ki, filologiya və jurnalistika fakültələrinin dekanları Zemfira Vəliyeva və Səfər Məmmədov da tələbələrlə birlikdə aksiyaya qoşulublar. Dekanlar belə aksiyaların davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB