Əlillərin beynəlxalq əməkdaşlığı genişlənir

Əlillərin beynəlxalq əməkdaşlığı genişlənir

Bu gün Bakıda Türkiyə "Beyazay" Dərnəyinin təşkilatçılığı ilə "Türkiyə Azərbaycan Əlillərinin Dostluq Günü" beynəlxalq simpoziumu başlayıb. SİA-nın xəbərinə görə, Bakı Biznes Mərkəzində keçirilən toplantının açılış mərasimində millət vəkilləri Sevinc Hüseynova, Musa Quliyev, Məlahət İbrahımqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Türkiyənin sabiq təhsil naziri Nemət Baş, İstanbuldan olan millət vəkilləri Tülay Kaynarca və Gülay Dalyan, Ankaradan olan millət vəkili Nurdan Şanlı, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Türkiyə Baş Nazirliyi TİKA Bakı Proqram Koordinatoru Mustafa Haşim Polat, "Beyazay" Dərnəyinin icraçı direktoru Loğman Ayva, dərnəyin idarə heyətinin üzvləri və digərləri iştirak ediblər.

Tədbirin açılışında Türkiyə "Bəyazay" Dərnəyi ilə bağlı film nümayiş etdirilib.

Daha sonra İSEM X və Duygu Musiqi Məktəbini təmsil edən musiqi qruplarının ifaları dinlənilib.

Tədbirdə çıxış edən "Bəyazay" Dərnəyinin icraçı direktoru Lokman Ayva Azərbaycanla Türkiyə arasında əməkdaşlığın möhkəmlənməsindən danışıb. O bildirib ki, iki ölkə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məsələsi sahəsində aparılan əməkdaşlıq bu sahədəki çətinlikləri asanlıqla aradan götürülməsinə gətirib çıxaracaq: "Əməkdaşlıq davam etdikcə, bütün problemlər tezliklə öz həllini tapacaq".

Qeyd edək ki, tədbirdə qardaş ölkəyə aid olan məhsul və təamlar da təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə