“Ostsee Zeitung” qəzeti almaniyalı məktəblilərin Bakı ilə bağlı təəssüratlarından yazdı

“Ostsee Zeitung” qəzeti almaniyalı məktəblilərin Bakı ilə bağlı təəssüratlarından yazdı

Almaniyanın "Ostsee Zeitung" qəzetində dərc olunan məqalədə bu ölkənin Qreyfsvald şəhərində yerləşən Aleksandr fon Humbolt adına gimnaziyanın şagirdlərinin Azərbaycanda ətraf mühit məsələlərinə həsr olunmuş konfransda iştirakı barədə məlumat verilir. SİA-nın xəbərinə görə, məqalədə qeyd edilir ki, Azərbaycan, Almaniya, Rusiya, Belarus, Gürcüstan, Latviya və digər ölkələrdən məktəblilərin iştirak etdikləri konfransda Almaniyanı gimnaziyanın üç məktəblisi və müəllimi Ştefan Pol təmsil edib.

Bildirilir ki, alman məktəblilər konfransdakı çıxışlarında məişət tullantılarının toplanması, istifadə olunmuş su qablarının yenidən istifadəsi və məişət tullantılarının təkrar istehsalında əldə edilmiş nailiyyətlər barədə çıxış ediblər. Onlar, həmçinin hazırladıqları internet səhifəsinin təqdimatını da ediblər.

Məqalədə məktəblilərin Bakı ilə bağlı təəssüratlarından da bəhs edilib. Onlar Bakıda qonaqpərvərliklə qarşılandıqlarını, səfər zamanı İçərişəhərlə, tarixi abidələrlə, muzeylərə tanış olduqlarını bildiriblər. (AzəTAc)

Bütün xəbərlər Facebook səhifəmizdə