Zabitlərimiz Türkiyədə kurs keçəcəklər

Zabitlərimiz Türkiyədə kurs keçəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dekabrın 1-dən 5-dək Türkiyənin paytaxtı Ankara şəhərində Böhranlara cavab əməliyyatları üzrə qərargah zabiti kursu, dekabrın 1-dən 26-dək isə Türkiyənin Konya şəhərində Kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üzrə zabit kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə