Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti yeni marka seriyası nəşr etdirib. SİA-nın xəbərinə görə, "Qarabağın görkəmli xadimləri" adlandırılan marka seriyasına 6 poçt markası daxil edilib.
Markaların üzərində ayrı-ayrılıqda Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Üzeyir Hacıbəyov və Xan Şuşinskinin şəkilləri təsvir olunub.
Xüsusi dizaynda hazırlanmış markaların birinin nominal dəyəri 50 qəpik təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB