Millət vəkilləri: "Bu amil Azərbaycanda təhsilin daha yüksək səviyyəyə çıxmasına gətirib çıxaracaq”

Millət vəkilləri: "Bu amil Azərbaycanda təhsilin daha yüksək səviyyəyə çıxmasına gətirib çıxaracaq”

Bu gün Milli Məclisin növbəti iclasında 2015-ci il dövlət büdcəsi layihəsi səsə qoyularaq qəbul edilib. SİA-nın məlumatına görə, digər məsələlərlə yanaşı, maliyyə naziri Samir Şərifovun da çıxışı dinlənilib. Nazir öz çıxışında dövlət büdcəsində ölkə təhsilinin inkişafı ilə bağlı olaraq büdcədə nəzərdə tutulan vəsaitlərin artırılması millət vəkilləri tərəfindən yüksək qiymətləndirilib.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sözügedən məsələ ilə bağlı qeyd edib ki, bu faktor Azərbaycan təhsilinin daha böyük inkişafına təkan verəcək: "Hökumətin təhsilə ayırdığı vəsaitlər Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verə biləcək və bu amil Azərbaycanda təhsilin daha yüksək səviyəyə çıxmasına gətirib çıxaracaq".

Millət vəkili Adil Əliyev də həmkarı Siyavuş Novruzovun çıxışına dəstək olaraq vurğulayıb ki, hökumətin ayırdığı büdcə Azərbaycan təhsilinin inkişafına növbəti töhfələrini verəcək: "Son zamanlar Təhsil Nazirliyində davam edən islahatlar uğurlu addımdır və bütün bu hallar gələcəkdə ölkəmizin təhsilinin daha da inkişaf etdirilməsinə stimul verəcək".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə