Yollarda sürət həddi bərpa olundu DİQQƏT

Yollarda sürət həddi bərpa olundu DİQQƏT

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq sürət həddi aşağı salınan Bakının iki avtomobil yolunda köhnə sürət həddi bərpa olunub. Bu barədə Sia-ya məlumat verən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, hava şəraiti normallaşdıqdan Böyükşor-Hava limanı istiqamətində avtomobil yolun surət həddi iki zolaqda 100 km/saatdan 120 km/saata, bir zolaqda 80 km/saatdan 100 km/saata, sonuncu zolaqda isə 60 km/saatdan 80 km/saata qaldırılıb.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda surət birinci zolaqda 100 km/saatdan 120 km/saata, ikinci zolaqda 80 km/saatdan 100 km/saata; üçüncü zolaqda isə 60 km/saatdan 80 km/saata qədər artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə