Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) "Qarabağ həqiqətləri barədə informasiyanın Türkiyə Univerisitetlərinin tələbələri arasında təbliği və informasiya guşələrinin yaradılması təşəbbüsləri" layihəsi Türkiyə Universitetlerində keçirilən tədbir və konfransla uğurla başa çatıb. SİA-nın xəbərinə görə, ilk tədbir noyabrın 18-də Yıldız Texnik Univerisitetinin konfrans zalında keçirilib. Tədbirdə Anadolu Aydınlar Ocağının sədri professor İbrahim Öztek, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov, Azərbaycanın İstanbuldakı Konsulluğunun əməkdaşı Kənan Məmmədov iştirak edib. TOHGMİB-nin sədri Emin Həsənli layihə haqqında tələbələri və müəllim heyətini məlumatlandırıb. Qeyd olunub ki, layihə çərçivəsində univerisitetdə sərgi təşkil olunub. Bildirilib ki, sərgi başa çatdıqdan sonra hazırlanmış maarifləndirici vəsaitlər univeristetdə saxlanılacaq və bunlar gələcəkdə Qarabağ həqiqətləri ilə bağlı keçirilən tədbirlərdə istifadə olunacaq. Sərgidə erməni təcavüzünü əks etdirən kitablar, bukletlər, Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatların və Qarabağ müharibəsində döyüşən qəhrəmanlarımızdan bəhs edən məqalələrin yer aldığı kitablar, filmlər, disklər nümayiş olunub.
Daha sonra çıxış edən Anadolu Aydınlar Ocağının sədri professor İbrahim Öztek 2015-ci ildə ermənilərin qeyd edəcəkləri "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində bu layihənin Türkiyədə keçirilməsinin vacib olduğunu bildirib. Qeyd olunub ki, baş vermiş erməni təcavüzünü sözlərlə deyil, faktlarla, həmin dövrdə qeydə alınmış videolar, şəkillər vasitəsilə dünyaya çatdırmaq daha məqsədəuyğundur. Bildirilib ki, Qarabağda və Xocalıda baş verən erməni təcavüzünə Türkiyə mətbuatında da geniş yer verilməsi, bunun yalnız işğal günləri ərəfəsində deyil, mütəmadi olaraq təbliğ olunması vacibdir. Daha sonra isə İbrahim Öztek Qarabağ həqiqətləri, Xocalı Soyqırımı haqqında hazırlamış olduğu slaytı konfrans iştirakçılarına təqdim edib.
Qeyd edək ki, slayt konfrans iştirakçıları tərəfindən bəyənilib və onun kitab halında dərc olunması, yayılması təklif olunub.
Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov isə işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin dərhal çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini, əksinə Ermənistanın Azərbaycan torpaqlarına işğalının bu gün də davam etməkdə olduğunu söyləyib. Qeyd olunub ki, Ermənistan prezidentinin bu yaxınlarda gənclərlə görüşündə söylədiyi Qarabağla bağlı fikirlər qəbuledilməzdir. Bu, yalnız ölkəmizə qarşı deyil, eyni zamanda qardaş ölkəyə qarşı da təxribatçı fikirlərdir. Bu isə onun havadarlarından aldığı dəstək sayəsində söylənilib.
Tədbirin sonunda TOHGMİB-nin layihə çərçivəsində hazırladığı buklet və disklər tələbələr arasında paylanılıb.
TOHGMİB-nin və Qarabağ QHT Koalisiyasının daha bir görüşü noyabrın 19-da İstanbul Müharib Gazilər Dərnəyində - ehtiyatda olan hərbçilər, qazilərlə təşkil olunub. Görüş Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirəsini, eləcə də vətən uğrunda şəhid olmuş qəhrəmanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb. Görüşdə Qarabağ müharibəsi zamanı baş vermiş hadisələrə nəzər salınıb. İştirakçılarla diskussiyalar aparılıb. Azərbaycan və Türkiyə qardaşlığının möhkəmlənməsi istiqamətində, Qarabağ həqiqətlərinin, ümumiyyətlə ermənilərin zaman-zaman türklərə qarşı etdiyi soyqırımların dünyada təbliğ olunmasında birgə iştirakın vacibliyi vurğulanıb.
Görüşün sonunda TOHGMİB sədri Emin Həsənli, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə İstanbul Müharib Qazilər Dərnəyinin döş nişanı ilə təltif olunublar.
Noyabrın 20-də təşkil edilən görüş isə Marmara Univeristetində olub. Bu görüşdə də TOHGMİB-nin keçirdiyi layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, belə görüşlərin keçirilməsinin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rolu var. Eyni zamanda görüş çərçivəsində Azərbaycan xalqının başına gətirilən faciələrin faktlarla dünya ictimaiyyətinə çatdırılması daha məqsədəuyğundur. Sərgi, fotolar, kitablar vasitəsilə hər kəs erməni vəhşilərinin nəyə qadir olduqlarını əyani şəkildə görə bilirlər.
Qeyd edək ki, Marmara Univeristetində də sərgi ilə yanaşı, həmçinin TOHGMİB-nin hazırladığı buklet və disklər də tələbələr arasında paylanılıb.
Daha sonra noyabrın 22-də Kazım Qara Bəkir Paşa mədəniyyət mərkəzində Kazım Qara Bəkir Paşanın qızı Timsal xanımın iştirakı ilə ehtiyatda olan hərbçilər, qazilər, onların ailə üzvlərilə görüş keçirilib. Timsal xanım atası ilə bağlı xatirələrini iştirakçıların diqqətinə çatdırıb.
Çıxış edən digər natiqlər Kazım Qara Bəkir Paşanın Türk dünyasındakı xidmtlərindən bəhs ediblər. Onun həyat yoluna nəzər salıblar.
Çıxış zamanı Qarabağ müharibəsində baş vermiş hadisələr də xatırlanıb. Qeyd olunub ki, erməni vəhşiləri zaman-zaman Azərbaycan xalqının başına dəhşətli faciələr gətirib. Bu müharibələrdə minlərlə günahsız insan vəhşicəsinə öldürülüb, dinc əhaliyə qarşı olmazın işgəncələr edilib. Lakin təəssüflər olsun ki, bu günə qədər erməni mənfurları törətdikləri soyqırım aktlarına görə, cəzalandırılmamış qalıb.
Görüşün sonunda Timsal xanım TOHGMİB sədri Emin Həsənliyə və Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirova Kazım Qara Bəkir Paşanın ev muzeyinin 10 illik yubileyinə həsr olunmuş xatirə medalı təqdim edib.
Qeyd edək ki, keçirilən bütün görüşlər Qarabağ həqiqətlərinin təbliğ olunmasında mühüm əhəmiyyət daşıyıb. Tədbirdə sərgilənən fotolar, Qarabağ həqiqətlərini əks erdirən vəsaitlər gənclərin marağına səbəb olub. Müharibə zamanı ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələrin bütün insanlığa qarşı yönəldiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB