Lənkəranda qanunsuz ov edən şəxslərdən ov tüfəngi götürülüb

Lənkəranda qanunsuz ov edən şəxslərdən ov tüfəngi götürülüb

Lənkəran polisi qanunsuz ovun qarşısını almaq məqsədilə rayonun Nərimanabad qəsəbəsi ərazisində reyd keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, reyd zamanı üç nəfər şəxsin qanunsuz olaraq ov etdiyi aşkarlanıb. Polis əməkdaşları həmin şəxsləri saxlamaq istəyərkən onlar ov tüfənglərini ataraq aradan çıxıblar. Götürülən tüfənglərə baxış keçirilərkən onlardan birinin "Toz-63" markalı, digərinin "İJ" markalı, üçüncüsünün "Belka" markalı, ov tüfənglərinin olduğu məlum olub.

Araşdırmalardan sonra müəyyənləşdirilib ki, "Toz-63" markalı ov tüfəngi Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1969-cu il təvəllüdlü Cümşüd Həşim oğlu Bəşirova, "Belka" markalı tüfəngi onun həmkəndlisi, 1978-ci il təvəllüdlü Ceyhun İmanverdi oğlu Kərimova, "İJ" markalı ov tüfənginin isə rayonun Göyşaban kənd sakini, 1991-ci il təvəllüdlü Mehran Həbib oğlu Ağayevə məxsusdur. Hər üç qanunsuz ov edən şəxs saxlanılıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə