Sankt-Peterburqda azərbaycanlı tələbələrlə görüş keçirilib

Sankt-Peterburqda azərbaycanlı tələbələrlə görüş keçirilib

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun və "Naxçıvan" azərbaycanlıların dostları milli-mədəni birliyi" Regional İctimai Təşkilatının təşəbbüsü ilə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə görüş təşkil olunub. Diasporla İş Üzrə Dövlət Komitsindən SİA-ya verilən xəbərə görə, gənclərlə görüşə Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi Vitaliy İlçenko dəvət olunub.

Tədbirdə Azərbaycanlı tələbələrin Sankt-Peterbuqrda bu ölkənin mədəniyyətinə, adət-ənənəsinə, yerli miqrasiya qanunlarına, şərtlərinə və yaşayışına adaptasiyası məsələləri, tələbələrin qarşılaşdığı problemlər müzakirə edilib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Sankt-Paeterburqdakı Baş konsulu Elşad Qulamov bu təşəbbüsü dəstəklədiyi üçün "Naxçıvan" azərbaycanlıların dostlarının milli-mədəni birliyi" Regional İctimai Təşkilatının sədri İdris Qəhrəmanova təşəkkür edib. Daha sonra E.Qulamov bu şəhərdə yaşayan azərbaycanlıların, eləcə də tələbələrin Azərbaycan dövlətinin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafına yönəlmiş siyasətini dəstəklədiyini bildirib. Baş konsul həmçinin, bu görüşün azərbaycanlı tələbələrin problemlərinin həlli istiqamətində faydalı olacağına ümid etdiyini deyib.

İdris Qəhrəmanov rəhbərlik etdiyi qurumun hər zaman milli və millətlərarası həmrəyliyi dəstəklədiyini vurğulayaraq Sankt-Peterbuqrun ali məktəblərində təhsil alan soydaşlarımıza kömək etməyə, həmçinin yerli miqrasiya xidməti ilə birgə hüquqi yardım göstərməyə hazır olduğunu deyib.

Rusiya Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi Vitaliy İlçenko təmsil etdiyi qurumun fəaliyyətindəki dəyişikliklər barədə məlumat verdikdən sonra gəncləri narahat edən sualları cavablandırıb. V.İlçenko Rusiya Federasiyasının miqrasiya qanunlarını bilməyin və bu qanunlara riayət etməyin vacibliyini vurğulayıb.

Tədbirin sonunda Azərbaycan tələbə təşkilatları şurasının yaradılması təşəbbüsü dəstəklənib və şəhərin müxtəlif təhsil ocaqlarında oxuyan azərbaycanlı gənclərdən ibarət şura üzvləri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə