"Rusiya rublu indiki kimi qiymətsiz olmamışdı. Rublun devalvasiyası həm də erməni dramının qiymətdən düşməsini reallaşdırır. Nəzərə alsaq ki, xarici ölkələrə səpələnmiş ermənlərin öz ailələrinə göndərdikləri pul vəsaitlərinin 80 faizi Rusiyanın payına düşür və Rusiyada iqtisadi vəziyyət ürəkaçan deyil, Ermənistanda vəziyyətin nə qədər kritik olduğu göz önünə gələr. SİA-nın verdiyi məlumata görə, bunu Ermənistanın "Aykakan jamanak" qəzeti yazıb.
"Bu yaxınlarda Mərkəzi Bank Ermənistana son 10 ayda gələn transferlər haqqında məlumat dərc edib. Məlum olub ki, bu ilin oktyabr ayında Rusiyadan daxil olan valyutanın həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 20 faiz azalıb. Ermənilərin öz ailələrinə göndərdikləri pul 30 milyon azalaraq 123 milyon dollar civarına düşüb. Bu da təbii ki, erməni dramının qiymətdən düşməsinə gətirib çıxaracaq", - "Aykakan jamanak" qəzeti yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB